22 avqust 2015 23:45
Bakı Şahdağa qalib gəldi
Yeni mövsümdən I divizionda çıxış edəcək “Bakı” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Belə ki, “Bakı” öz bazasında “Şahdağ”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Qurban Hüseynov vurub.
"Bakı" bu oyuna aşağıdakı start heyətlə çıxıb: Elxan Əhmədov, Rəvan Kərimov, Elşad Manafov, Tural Adığözəlov, Nicat Əsgərov, Qeyrət Əliyev, Müşviq İlyasov, Ülvi Quliyev, Salman Altuxanov, Kamil Nurəhmədov, Valeh Seyidov.
