22 avqust 2015 21:00
Qarabağla Qəbələdən qələbə, Neftçidən xal itkisi
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 3-cü turun daha 3 oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qeydə alınan nəticələr aşağıdakı kimidir:
Əvəzedicilərin çempionatı
3-cü tur
22 avqust
AZAL - “Qarabağ” - 0:3
Qollar: Elmir Namazov, 13. Elvin Nəsibov, 83; 89.
“Qəbələ” - “Kəpəz” - 2:1
Qollar: Vəzir Musayev, 3; 26 - Şikar Abbasov, 89.
“Neftçi” - “Sumqayıt” - 1:1
Qollar: Nurxan Mənsimzadə, 73 - Tural Rzayev, 90+1-pen.
