22 avqust 2015 18:30
Dmitri Nazarovun komandası qələbə qazandı
Almaniya ikinci Bundesliqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Duysburq"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov qarşılaşmanın 58-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 7-ci pillədə qərarlaşıb.
