22 avqust 2015 16:00
Neftçi - Sumqayıt matçı 15 dəqiqə tez başlayacaq
Topaz Premyer Liqasının 3-cü turunun bir oyunun başlama saatı yenidən dəyişdirilib. Azerisport.az xəbər verir ki, söhbət sabah baş tutacaq "Neftçi" - "Sumqayıt" matçından gedir.
Qeyd edək ki, bu oyunun start saatı daha öncə 21:00-dan 18:30-a dəyişdirilmişdi. Lakin Peşəkar Futbol Liqası bu gün yaydığı son məlumatda bildirib ki, sözügedən oyun havanın tutqun olması səbəbi ilə sabah saat 18:30-da yox, 18:15-də başlayacaq.
"Neftçi" - "Sumqayıt" qarşılaşması sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
