22 avqust 2015 13:30
Nika Kvekveskiri: Zirəyə qalib gəlmək istəyirik
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. "Zirə" Premyer Liqanın debütantı olsa da, çempionatın ilk turlarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Ona görə də bizim bu komanda ilə görüşə tam ciddi yanaşmağımız lazımdır. Qələbə qazanmaq istəyirik".
