22 avqust 2015 12:00

Eddi İsrafilov: Köhnə zədə Azərbaycan millisinə kömək etməyimə problem yaratmayacaq

Azərbaycan yığmasının və İspaniyanın "Eybar" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun azerisport.az saytına müsahibəsi

- Yeni komandanıza uyğunlaşma necə gedir?
- Hər şey yaxşıdır, uyğunlaşıram. Mənim üçün yeni yerdir. Komanda yoldaşlarımla yaxşı münasibətim var. Bura xoşuma gəlir. Özümü yaxşı hiss edirəm.

- Komandanızın keçirdiyi yoxlama oyunlarında meydana çıxmadınız. Zədəniz ciddidir?
- Bu, köhnə zədəmin yaratdığı problemlərdir. Hansı ki, "Qranada" oynayarkən almışdım. İlk oyunumuzda hiss etdim ki, mənə nəsə mane olur. Amma ciddi bir şey yoxdur. Hazırda həm məşq edirəm, həm də zədəmi sağaldıram.

- Robert Prosineçki sizi yığma komandamızın qarşıdakı Xorvatiya və Malta ilə oyunlarına dəvət edib...
- Buna sevinirəm. Mən yenidən Azərbaycan yığmasının düşərgəsinə gəlməyə hazıram və bunu çox istəyirəm. Ümid edirəm ki, etimadı doğrulda biləcəyəm.

- Siz indi yığmaya kömək edə biləcək durumdasınız?
- Birmənalı şəkildə bəli. Yenidən yığmaya gəlib, kömək etməyi həddən artıq arzulayıram. Köhnə zədəm mənə mane olmayacaq.

- Bəs millimizin qarşıdakı oyunlarından nə gözləyirsiniz?
- Bizim üçün vacib oyunlardır. Komanda artıq seçmə mərhələdə iki oyundur uduzmur. Bu seriyanı davam etdirmək istəyirik. İlk oyun Bakıda Xorvatiyaya qarşı olacaq. Bu oyun liderə qarşı necə mübarizə aparacağımız baxımından vacibdir.

- Robert Prosineçki ilə çalışmaq necədir?
- Gördüyünüz kimi, artıq nəticə var. Ümid edirəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.