22 avqust 2015 11:30
Rəvan Gürcüstana səfərə hazırlaşır
"Rəvan" Topaz Premyer Liqasında yaranacaq fasilədən maksimum yararlanaraq ölkə xaricində təlim-məşq toplanışı keçirmək istəyir. Azerisport.az xəbər verir ki, 3-cü turun görüşlərindən sonra yığma komandanın AÇ-2016-nın seçmə mərhələsindəki matçları ilə bağlı sentyabrın 12-dək çempionatda fasilə olacaq.
"Rəvan" bu fasilə dövründə Gürcüstana səfər etməyi planlaşdırır. "Aslanlar"ın qonşu ölkədə ya 10 gün, ya da iki həftə toplanış keçməsi gözlənilir.
Baş məşqçi Emin Quliyevin komandanı bir neçə sınaq matçında yoxlaması da istisna edilmir.
