22 avqust 2015 00:10

Topaz Premyer Liqasında 3-cü tur həyəcanı

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, ötən tur olduğu kimi, bu dəfə də 5 oyun 3 gün ərzində keçiriləcək.

İlk oyun günündə bir görüş baş tutacaq. “Xəzər Lənkəran” doğma meydanda “Rəvan”la qarşılaşacaq. Bu komandaların əvvəlki 10 oyununda aşkar üstünlüyü olan yoxdur. Belə ki, dörd dəfə heç-heçə edən bu klublar hərəyə 3 qələbə qazanıblar. Amma top fərqində cənubluların üstünlüyü var - 15:9. Ümumiyyətlə, “Xəzər Lənkəran” 5 oyundur meydanı qolsuz tərk etmir. Son 4 qarşılaşmada qonaq komanda qalib gələ bilmir. “Rəvan” səfər oyunlarının hamısında qol buraxıb. Elə bu dəfə də paytaxt klubunun şansları yüksək qiymətləndirilmir. Vaxtilə "Xəzər Lənkəran"ın məşqçilər korpusunda çalışmış Emin Quliyev bu dəfə "Fırtınalar meydanı"na rəqib kimi təşrif buyurur.

İkinci oyun günündə öncə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Bu klublar indiyə qədər 12 dəfə üz-üzə gəliblər ki, onların ikisində qalib müəyyənləşməyib. 7 dəfə "Neftçi" qələbə qazandığı halda, 3 dəfə də sumqayıtlılar 3 xalı bayram ediblər. Top fərqi də "ağ-qaralar"ın xeyrinədir - 27:14. “Sumqayıt” artıq 4 oyundur ki, bu rəqibinə qalib gələ bilmir. “Neftçi” ardıcıl 5 matçdır qol vurur. Bakılıların 6 ev oyunundan 5-də 4 və ya daha çox qol vurulub. Cari mövsüm qələbəyə həsrət qalan Samir Əliyevin komandası ona Premyer Liqada ilk 3 xal sevincini məhz bu tur yaşada bilər. Lakin sumqayıtlıların asanlıqla təslim olmayacağı şübhəsizdir.

Turun maraqlı görüşlərindən biri Qəbələdə baş tutacaq. Burada yerli “Qəbələ” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların oyunlarında qonaq tərəf heç vaxt qalib gəlməyib. Son 4 qarşılaşmada isə meydan sahibi olan komanda qalib gəlib. 4 dəfə heç-heçəyə razılaşan klubların hərəyə iki qələbəsi olsa da, "Qəbələ" top fərqində cüzi üstünlüyə malikdir - 7:5. Avropa Liqasındakı çıxışını davam etdirən Roman Qriqorçukun komandası Yunanıstanın "Panatinaikos" klubu ilə səfərdəki cavab görüşü öncəsi əhval-ruhiyyəni daha da yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmağa çalışacaq. Lakin ilk iki turda ardıcıl heç-heçəyə imza atan Şahin Diniyevin yetirmələri də asanlıqla təslim olmağa hazırlaşmır.

Liderlər qrupunda qərarlaşan Avroliqadakı digər təmsilçimiz, son çempion "Qarabağ” səfərdə AZAL-ın qonağı olacaq. Bu klublar 27-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki oyunlarda ağdamlıların 15 qələbəsi var. "Təyyarəçilər" cəmi 5 dəfə qalib gəldikləri halda, 6 oyunda da bərabərlik qeydə alınıb. Ağdam klubu top fərqində də üstündür - 34:24. "Qarabağ” son 6 oyunda qalib gəlib. Ardıcıl 7 matçda qol vuran ağdamlılar bu görüşlərdə uduzmayıb. AZAL son 7 ev qarşılaşmasında qol buraxıb. Cari mövsüm daha zəif heyətlə çıxış edən "təyyarəçilər"in bu dəfə də güclü rəqibinə müqavimət göstərməsi inandırıcı görünmür. Ağdam klubu Avroliqadakı İsveçrə "Yanq Boyz"u ilə cavab pley-off matçı öncəsi komandadakı atmosferi daha da yaxşılaşdırmaq üçün çempionatda ardıcıl ikinci qələbəsini rəsmiləşdirməyə çalışacaq.

Turun son oyun günündə bir görüş baş tutacaq. Çempionatın debütantı “Zirə” doğma meydanda “İnter”lə üz-üzə gələcək. Bu komandalar indiyədək qarşılaşmayıblar. Elitaya yaxşı start verən, hazırda liderlər qrupunda qərarlaşan zirəlilər paytaxt derbisində də uğur qazanmağa çalışacaqlar. Amma "İnter"in bu səfər matçına uduzmaq üçün getməyəcəyi dəqiqdir.

Topaz Premyer Liqası
3-cü tur

22 avqust (şənbə)

21:00. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.

23 avqust (bazar)

18:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

21:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ şəhər stadionu.

21:00. AZAL – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Dalğa Arena”.

24 avqust (bazar ertəsi)

21:00. “Zirə” – “İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.