21 avqust 2015 20:45
Xəzər Lənkəran Rəvanı məğlub yola saldı
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatında 3-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
"Xəzər Lənkəran" doğma meydanda "Rəvan" üzərində qələbəyə sevinib.
Əvəzedicilərin çempionatı
3-cü tur
21 avqust
"Xəzər Lənkəran" - "Rəvan" - 2:1
Qollar: Kamal Dənziyev, 4. İbrahim Qədirzadə, 52 - Xanlar Teymurov, 84.
