21 avqust 2015 17:20
Qarabağın Yanq Boyzla cavab matçı litvalı hakimlərə həvalə olundu
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində son ölkə çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, Bakıda baş tutacaq görüşü litvalı referi Gediminas Mazeyka idarə edəcək.
Ona yan xətt hakimləri Vutautas Simkusla Vitenis Kazlauskas kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Sliva həyata keçirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Yanq Boyz" matçı avqustun 27-də keçiriləcək və saat 21:00-da start götürəcək.
