21 avqust 2015 17:40
Neftçi - Sumqayıt matçına giriş pulsuz olacaq
Məlum olduğu kimi, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya matçı ilə əlaqədar olaraq, Topaz Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sumqayıt” oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkil olunacaq. Azerisport.az xəbər verir ki, məhz bu səbəbdən istisna hal kimi “Neftçi” - “Sumqayıt” matçını izləmək istəyən azarkeşlər üçün stadiona giriş pulsuz olacaq.
“Neftçi” PFK-nın üzvlük kartına sahib olan azarkeşlərlə klub tərəfindən ayrı-ayrılıqda əlaqə saxlanacaq və onların stadionda yerləşdirilməsi təmin ediləcək.
