21 avqust 2015 17:00

Nurlan Novruzov: Zirə ən güclü klublardan biri olacaq

"Zirə"nin hücumçusu Nurlan Novruzovun azerisport.az saytına müsahibəsi

- Nəhayət, Robert Prosineçki sizi də milli komandaya dəvət etdi...
- Yığma komandada oynamaq mənim ən böyük arzumdur. Çalışacağam ki, mənə veriləcək şansdan layiqli şəkildə yararlanım. Allah eləsin ki, hər şey yaxşı olsun.

- Baş məşqçinin sizinlə bağlı fikrini niyə dəyişdiyi ilə maraqlanmamısınız?
- Xeyr. Bu barədə heç nə bilmirəm.

- Sentyabrın 3-də Xorvatiya, 6-da Malta ilə oyun var. Nə gözləyirsiniz?
- Əlbəttə, çətin oyunlar olacaq. Xüsusilə də Xorvatiya ilə görüş. Rəqibin heyətində çoxlu ulduz futbolçular var. Amma biz layiqli oynamağa və uğur qazanmağa çalışacağıq. Mənə elə gəlir ki,Malta ilə görüş də çətin olacaq. Çünki hazırda Avropada zəif rəqib yoxdur.

- Yeni klubunuz "Zirə"dəki ilk oyununuzu 2-ci turda keçirdiniz. Komandya uyğunlaşa bilmisiniz?
- Hələ yox. Bir qədər vaxt lazımdır. Necə də olmasa, həm klub, həm də futbolçular mənim üçün yenidir.

- Niyə məhz "Zirə"?
- Düzdür, başqa klublardan da təkliflər var idi. Amma mən "Zirə"ni seçdim. Burada məni hər şey qane edir.

- Bəs Türkiyə klubuna keçidiniz niyə alınmadı?
- Mən Türkiyədə oynamağı çox istəyirdim. Amma ora gedəndən, vəziyyəti görəndən sonra fikrimi dəyişdim. Orada demək olar ki, hər klubun problemi var. Ona görə də bizim Premyer Liqada oynamaq Türkiyə birinci divizionuna getməkdən daha yaxşıdır.

- "Zirə"də də bombardirlik keyfiyyətlərinizi nümayiş etdirə biləcəskiniz?
- Buna çalışacağam. İnanıram ki, yeni komandama da faydalı olacağam. Eyni zamanda bombardirlər yarışında da mübarizə aparmağa çalışacağam.

- Qarşıda sizi "İnter"lə oyun gözləyir...
- Bu oyuna ciddi hazırlaşırıq. Çox ümid edirəm ki, biz bu komanda ilə görüşdə istədiyimiz oyunu sərgiləyə və qələbə qazana biləcəyik.

- Klub rəhbərliyi qarşınıza hansı vəzifəni qoyub?
- Klubumuz Premyer Liqada yenidir. İndidən "Zirə"dən uğur gözləmək bir qədər yanlış olardı. Amma biz imkan daxilində uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik. "Zirə" gələcəkdə ölkənin ən iddialı klublarından biri olacaq. Mən buna inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.