21 avqust 2015 14:00

Nazim Süleymanov: Ümid edirəm ki, hər iki klubumuz Avroliqanın qrup mərhələsində oynayacaq

Azərbaycanın U-19 yığmasının baş məşqçisi Nazim Süleymanov Avropa Liqasındakı təmsilçilərimizin - "Qarabağ"la "Qəbələ"nin bu turnirin pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrənin "Yanq Boyz" və Yunanıstanın "Panatinaikos" klublarına qarşı keçirdikləri ilk oyunları şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Panatinaikos" çox təcrübəli komandadır. Ona qarşı oynamaq heç də asan deyil. Buna baxmayaraq, "Qəbələ"ni siyahıdan silmək olmaz. Ev oyunundakı qolsuz heç-heçə cavab matçına ümid etməyə şərait yaradır.

"Qarabağ"a gəlincə, bu komandadan biz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı gözləyirdik. Ötən gün onlar İsveçrədə yaxşı oyun sərgilədilər və "Yanq Boyz" üzərində qələbəyə layiq idilər. Amma 1:0 hesablı qələbə ağdamlıları arxayınlaşdırmamalıdır. Cavab oyununda da qələbə qazanmaq lazımdır. Bunu yalnız Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün yox, eyni zamanda Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırmaq üçün etmək lazımdır. Ümid edirəm ki, hər iki klubumuz pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Çünki biz hələ belə bir uğura heç vaxt imza atmamışıq ki, iki klubumuz birdən avrokubokların qrup mərhələsində oynasın".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.