21 avqust 2015 13:30
Emin Nurinin komandası İsveç kubokunda mərhələ adladı
İsveç kubokunda ikinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə aşağı liqa təmsilçisi "Halmia" ilə qarşılaşıb. Görüşün ilk yarısında hərəyə bir dəfə fərqlənən bu klublar 90 dəqiqəni heç-heçə başa vurublar - 1:1. Əlavə vaxtda da qol vurulmayınca, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan Eminin komandası 4:2 hesabıyla üstün olaraq, adını növbəti mərhələyə yazdırıb.
Nuri çempionat oyunlarında olduğu kimi, bu görüşə də start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, 47-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
