20 avqust 2015 23:55

Roman Qriqorçuk: Qəbələni Mançester Yunaytedlə səhv salmayın

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis 0:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:

- Yaxşı nəticəyə imza atmaq istəyirdik. Amma buna nail ola bilmədiyimiz üçün təəssüflənməyə də ehtiyac yoxdur. Futbolçuların meydandakı faydalı işinə görə iradım ola bilməz. Birinci hissənin sonlarına doğru sərgilədiyimiz oyun daha çox xoşuma gəldi. Fikrimcə, bu oyunla daha yaxşı nəticəyə imza ata bilərdik.

- "Qəbələ" bu oyunla Avroliqanın qrup mərhələsində dördüncü yerdən yuxarı qalxa bilməz...
- Sizin bu fikrinizlə razı deyiləm. Belə oyun nə deməkdir ki? Siz bizi "Mançester Yunayted"lə səhv salmayıb. Məncə, biz əvvəlki oyunlardan daha yaxşı oynadıq. Hələ bundan sonra daha yaxşı oynayacağıq. Transferlər etməyi də düşünürük. Sadəcə, bu gün sonradan meydana çıxan Samir Zərgərovla Asif Məmmədov düzgün oynamadı.

- Oyundan öncə rəqiblə bağlı çox ehtiyatlı danışırdınız. Amma oyun göstərdi ki, "Panatinaikos" elə də təhlükəli komanda deyil. Razısınız?
- Biz başqa cür oynamağa alışmışıq. Müdafiədə bəzi çatışmazlıqları yoluna qoymaq lazımdır. Həm də biz yaxşı hazırlıq dövrü keçməyə vaxt tapa bilmədik. Bu oyunda sürətli əks-hücumlar qurmağı bacarmadıq. Halbuki, "Panatinaikos"a qarşı məhz sürətli əks-hücumlar təşkil etmək lazım idi.

- Cavid Hüseynovun yoxluğu hiss olunurdu?
- O, bizim üçün vacib oyunçudur və yoxluğu itkidir. Amma pley-off mərhələsində olan komanda kimi bir futbolçudan asılı ola bilmərik. Çünki hücumları təkcə Cavidlə təşkil etmirdik, bütün komanda ilə oynayırdıq. Fikrimcə, bu barədə danışmamalıyıq. Güclü futbolçularımız var. Onlar hələ sözlərini deyəcəklər.

- Hansı mövqelərə transferlər gözləyək?
- Biz pley-off mərhələsi ərəfəsində transferlər etmək istəsək də, alınmadı. Komandada güclü rəqabətə ehtiyac var. Hələ ki, alınmır. Axtarışdayıq. Lakin transfer xatirinə transfer etmək fikrimiz yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.