20 avqust 2015 23:15
Fariz Nəcəfov: Afinada da belə oynayasaq, Panatinaikosu keçə bilərik
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerispot.az saytına açıqlamasında o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Yaxşı oynadıq. Amma matçın sonunda uşaqlarda bir qədər yorğunluq özünü göstərdi. Fikrimcə, cavab matçında da belə oynasaq, "Panatinaikos"u keçmək üçün şansımız olar".
