20 avqust 2015 20:40
Samir Zərgərov: Qəbələ heç nədən çəkinmir və qələbə qazanmaq istəyir
"Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yunanıstanın ən güclü klublarından birinə qarşı oynayacağıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıda qələbə qazanmaq istəyirik. Rəqibdən qətiyyən çəkinmirik. Bu mərhələyə qədər gəlmişiksə, daha da irəli gedə bilərik. Avroliqanın qrup mərhələsinə düşmək üçün yaxşı şans əldə etmişik. Bundan istifadə etməliyik. Qolu kimin vurmasının önəmi yoxdur, əsas qələbə qazanmaqdır".
