20 avqust 2015 20:00
Nurlan Novruzov: Robert Prosineçkinin mənimlə bağlı fikrini dəyişməsinin səbəbini bilmirəm
"Zirə"nin hücumçusu Nurlan Novruzov Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin ona dəvət göndərməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim ən böyük arzum yığma komandada oynamaqdır. Öz şansımdan yararlanmaq istəyirəm. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq. Əvvəlki oyunlarda mənə dəvət göndərməyən Prosineçkinin indi niyə fikrini dəyişdiyini bilmirəm".
Novruzov bu gün Avropa Liqasında ilk pley-off oyunlarına çıxacaq "Qəbələ" ilə "Qarabağ"a uğurlar arzulamağı da unutmayıb: "Onların ikisinin birgə bu mərhələyə qədər irəliləməsi məni də çox sevindirir. Ümid edirəm ki, hər iki klubumuz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlindən gələni edəcək".
