20 avqust 2015 19:45
Xəzər Lənkəran xorvatiyalı və serbiyalı futbolçular dəvət etdi
"Xəzər Lənkəran" baxışa iki yeni futbolçu gətirib. Azerisport.az xəbər verir ki, bunlardan biri 24 yaşlı xorvatiyalı yarımmüdafiəçi Sanin Muminoviçdir.
Digər futbolçu isə 33 yaşlı serbiyalı hücumçu Milorad Yanuşdur.
Hər iki futbolçu ayın sonunadək baxışda olacaq. Onlarla bağlı yekun qərarı baş məşqçi Yunis Hüseynov verəcək.
