Vladislav Qədirov: Qəbələyə Qarabağla müqayisədə daha çətin olacaq
Azərbaycan yığmasının sabiq futbolçusu Vladislav Qədirov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrənin "Yanq Boyz" və Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq "Qarabağ"la "Qəbələ"nin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yanq Boyz"la "Panatinaikos" titullu və çox təcrübəli komandalardır. Fikrimcə, "Qarabağ"a "Qəbələ" ilə müqayisədə daha asan olacaq. Maraqlı oyunlar olacaq. "Qarabağ" İsveçrədə sərfəli nəticə qazana bilsə, doğma meydanda qrup mərhələsinə vəsiqəni təmin edəcəyini düşünürəm. "Qəbələ"yə isə çox çətin olacaq. Xüsusilə də Yunanıstanda baş tutacaq səfər oyununda. "Panatinaikos"un ev oyunlarında necə atmosfer olduğunu siz də yaxşı bilirsiniz. Hər iki klubumuza uğurlar arzulayıram".
