20 avqust 2015 18:45
Yanq Boyzun altı futbolçusu Qarabağla oyunu buraxa bilər
İsveçrənin "Yanq Boyz" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı ev oyununa ciddi itkilərlə çıxa bilər. Azerisport.az xəbər verir ki, Bern təmsilçisinin heyətində müdafiəçi Loris Benito və hücumçu Qiyom Oaro zədədən əziyyət çəkir.
Bundan əlavə Aleksandr Qerndt, Seku Sanoqo, Taulyant Seferi və Renato Şteffen də zədəlidir.
Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı bu gün Berndəki "Stad de Suisse"də keçiriləcək və saat 23:00-da start götürə biləcək.
