20 avqust 2015 18:15

Roman Qriqoqrçuk və onun komandası üçün 2-ci pley-off

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk 2-ci dəfə Avropa Liqasının pley-off mərhələsinin həyəcanını yaşayacaq. Azerisport.az xəbər verir ki, 50 yaşı ukraynalı mütəxəssisin bundan əvvəl çalışdırdığı Odessa "Çernomorets"iylə də bu mərhələyə kimi gəlib çıxmışdı.

Onun "Qəbələ"dəki köməkçilərindən həmyerliləri Mixaylo Savka, Stepan Matveyev, Andrey Qluşenko və Nikolay Korotya onda da yardımçıları idi. "Qəbələ"nin ukraynalı futbolçuları - qapıçı Dmitri Bezotosnı, yarımmüdafiəçi Aleksey Qay və hücumçu Aleksey Antonov həmin vaxt "Çernomorets"də Qriqorçukun sərəncamında olub. Onlar hər 2 matçda çıxış ediblər.

Pley-offda Albaniyanın "Skenderbeu" klubuyla düşən odesssalılar öz meydanında 1:0 hesabı ilə qalib gəlib. Qələbə topunu 75-ci dəqiqədə Qay vurub. Albaniyada keçirilən cavab matçında meydan sahibləri həmin hesablı qələbəni bayram ediblər. Cütün qalibini müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt təyin olunsa da, bu, nəticə verməyib. Belə olan halda, oyunsonrası penaltilər seriyası təyin olunub. "Çernomorets" 7:6 hesabıyla qələbə qazanmaqla, qrupa düşüb. Qay bu zərbələrdə də qol vurub, Bezotosnı isə 3 zərbədən 2-ni dəfə edib, 1-də rəqibin vurduğu topu "çərçivə"yə düşməyib.

Roman İosifoviç həmin vaxt mübarizəyə "Qəbələ"də olduğu kimi I yox, II təsnifat mərhələsindən başlamışdı. Bu da "Çernomorets"n Ukrayna kubokunun finalçısı olmasıyla bağlı idi. O, pley-offadək Moldovanın "Daçiya" (evdə 2:0, səfərdə 1:2) və Serbiyanın "Srvena Zvezda" (evdə 3:1, səfərdə 0:0) klublarını mübarizədən kənarlaşdırmışdı. Özü də onun komandası evdə başlayıb, mərhələni səfərdə keçirdi. Buna əsaslansaq, Qriqorçuk üçün bu variant da uğur gətirir. Hərçənd o, "Qəbələ"ylə əvvəlki 3 rəqibini səfər-ev oyunlarından sonra üstələmişdi.

Qrupda PSV (Hollandiya), "Dinamo" (Xorvatiya) və "Ludoqorest" (Bolqarıstan) mübarizə aparan Odessa klubu 1/16 finala çıxıb və orada Fransanın məşhur klublarından olan "Lion"la düşüb. Bu komanda Roman Qriqorçukun yetirmələri ilə səfərdə qolsuz bərabərliyə qalıb və yalnız evdə minimal hesablı qələbəylə rəqibini üstələyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.