20 avqust 2015 15:40

Bojidar Bandoviç: Bakının istisi Panatinaikos üçün problem sayıla bilməz

"Bakı"nın sabiq baş məşqçisi Bojidar Bandoviç Avropa Liqasının pley-off mərhələsi çəçivəsində "Qəbələ" ilə "Panatinaikos" klubları arasında keçiriləcək ilk oyun öncəsi Yunanıstan mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis öncə bunları söyləyib:

"Mən Azərbaycanın ən yaxşı komandalarından biri olan "Bakı"da çalışmışam. "Qəbələ"yə gəlincə, bu klub hazırda "Qarabağ"la birgə ölkə çempionu adına əsas namizəddir. Heyətində yaxşı legionerləri var".

Bandoviçin sözlərinə görə, yerli hava şəraiti Afina klubunun oyununa təsir göstərməməlidir: "Azərbaycanda hava şəraiti hazırda çox isti keçir. Amma Yunanıstandan isti olduğunu düşünmürəm. Bu üzdən də "Panatinaikos" üçün hansısa problem olacağını deməzdim".

Serbiyalı mütəxəssis jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə həbs olunan "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovdan da söz açıb: "Hüseynovla "Bakı"da birgə çalışmışıq. O, yarım il Türkiyənin "Adana Dəmirspor" klubuna oynadıqdan sonra "Bakı"ya keçmişdi. Hərdən yığma komandaya da dəvət olunurdu. Onunla birgə çalışdığımız dövrü yaxşı təcrübə hesab edirəm. O, çox peşəkar futbolçu və yaxşı insan idi".

Serbiyalı mütəxəssis Azərbaycanda futbolun səviyyəsindən danışarkən bunları qeyd edib: "Azərbaycanda futbol meydançaları çox deyil, amma yaxşıları da var. Yaxın illərdə bu ölkənin futbolunun inkişaf edib-etməyəcəyini demək çətindir. Amma Azərbaycanda idmana çox pul yatırılır".

Bandoviç yerli azarkeşlər haqda da söhbət açıb: "Oyun barədə düşünmək lazımdır, kənar amillər haqda yox. Bu, "Panatinaikos"a da aiddir. Onlar ancaq futbola köklənə bilsələr, məşqlərdə planlaşdırdıqlarını oyun zamanı da göstərə biləcəklər". (Sport-fm)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.