20 avqust 2015 15:20

Pley-offda debüt matçına iki cəzalı futbolçu ilə

Bu gün - avqustun 20-də Avropa Liqasında pley-off mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın turnirdə 2 təmsilçisindən biri olan “Qəbələ” də Yunanıstanın “Panatinaikos” klubu ilə ilk oyuna çıxacaq.

Bununla da komanda turnirin qrup mərhələsinə vəsiqə verən pley-offda debüt edəcək. Bakıda “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 27-də Afinada olacaq.

“Qəbələ”də 2 cəzalı futbolçu var. Bunlar müdafiəçi Ürfan Abbasovla yarımmüdafiəçi Cavid Hüseynovdur. “Qəbələ”nin Avropa Liqasında son oyununda zədə üzündən meydana çıxmayan müdafiəçi Rikardinyo ilə yarımmüdafiəçi George Floresku isə sağalıblar.

Bakıdakı oyunu tanınmış ingiltərəli FİFA referisi Andre Marriner idarə edəcək. O, 2005-ci ildən İngiltərə Premyer Liqasının oyunlarına təyinat alır. Bu, Andrenin Azərbaycana ikinci səfəridir. İngiltərəli hakim DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Portuqaliya matçının baş hakimi olub. Qonaqların 2:0 hesablı qələbə qazandığı matçda Marriner millimizin 4 futbolçusuna sarı, Rauf Əliyevə birbaşa qırmızı vərəqə göstərib. Cavid Hüseynov həmin oyunda 90 dəqiqə meydanda olub.

İngiltərəli referiyə “Panatinaikos”un oyununu da idarə etmək nəsib olub. O, Çempionlar Liqasının 2011/12 mövsümünün III təsnifat mərhələsində Yunanıstan klubunun Danimarka “Odense”si ilə qarşılaşmasını idarə edib. Afinada keçirilən matçda yunanlar 3:4 hesabı ilə uduzublar. (Qəbələ İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.