20 avqust 2015 12:00
Harald Qamperle: Qarabağ ilə oyunda ilk növbədə qol buraxmamaq barədə düşünməliyik
İsveçrənin "Yanq Boyz" klubunun baş məşqçi əvəzi olan Harald Qamperle Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqib komandanın müxtəlif ölkələrdən olan güclü futbolçulardan ibarət yaxşı heyəti var. Komanda yaxşı komplekləşib. Bu üzdən də müxtəlif oyun variantlarından istifadə edə bilirlər. Biz ilk növbədə qol buraxmamaq barədə düşünməliyik. Çünki cütün taleyinə iki oyunun nəticəsinə görə aydınlıq gələcək. Hər iki oyunda uğurlu nəticə qazanmaq istəyirik".
