21 avqust 2015 00:49

Qarabağ Yanq Boyza qalib gəldi

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, son Azərbaycan çempionu bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb.

Ağdamlıların pley-off mərhələsindəki rəqibi də ciddi komandadır. "Qarabağ" bu mərhələdə İsveçrə "Yanq Boyz"unu mübarizədən kənarlaşdırmalıdır. Qurban Qurbanovun komandası səfərdə baş tutab ilk oyunda sərfəli nəticə qazanmaq istəyindəydi. Xoşbəxtlikdən, ağdamlılar çətin səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarıblar. Hər halda Berndə qazanılan minimal hesablı qələbədən sonra komandamızın tarixində ikinci dəfə, özü də ardıcıl olaraq Avroliqanın qrup mərhələsində oynamaq şansı çox yüksəkdir.

Avropa Liqası
Pley-off mərhələsi
(ilk oyunlar)
20 avqust

23:00. "Yanq Boyz" - "Qarabağ” - 0:1 (0:0)
Qol: R.Almeyda, 67 (0:1).
Sarı vərəqə: R.Almeyda, 58. L.Bertone, 70. Reynaldo, 77.
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Eskov (Rusiya).
Bern. "Stad de Suisse".

"Yanq Boyz": 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 8. Yan Leçyaks, 23. Skott Satter, 6. Leonardo Bertone (28. Denis Zəkəriyyə, 80), 7. Miraləm Süleymani, 14. Milan Qayiç, 29. Rafael Nutsolo (30. Aleksandr Qonsales, 69), 31. Yuya Kubo (20. Haris Tabakoviç, 85), 99. Giyom Oaro.
Ehtiyat oyunçular: 1. Marko Volfli, 3. Florent Haderqyonay, 22. Qreqori Vyutrix, 77. Samuel Afum.
Baş məşqçi: Harald Qamperle.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana (91. Coşqun Diniyev, 76), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Əlhərbi Əl Jadeyui (32. Elvin Yunuszadə, 87), 77. Cavid Tağıyev (22. Əfran İsmayılov, 80), 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.