20 avqust 2015 22:51

Qəbələ Panatinaikosla ev oyununda sülh bağladı

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız son olaraq Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0).

Bu dəfə isə "Qəbələ"ni Yunanıstan nəhəngi "Panatinaikos"la çətin duel gözləyir. Cavab görüşü səfərdə olacağından Roman Qriqorçukun komandası Bakıdakı ilk matçdan inamlı qələbə ilə ayrılmalıydı ki, tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansını saxlasın. Təəssüf ki, təmsilçimiz 90 dəqiqə ərzində güclü rəqibinin qapısına yol tapa bilmədi. Nəticədə, bu cütün taleyinə Afinada keçiriləcək cavab görüşündə aydınlıq gələcək.

Avropa Liqası
Pley-off mərhələsi
(ilk oyun)
20 avqust

21:00. “Qəbələ” - “Panatinaikos” - 0:0
Sarı vərəqə: Zeka, 31. R.Santos, 49. Y.Vemmer, 63. A.Antonov, 83.
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Betts, Robert Medli (İngiltərə).
Bakı. "Bakcell Arena".

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov, 7. Ermin Zets (66. Samir Zərgərov, 58), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo (k), 69. Aleksey Antonov (11. Asif Məmmədov, 90).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Viitali Vernidub, 4. Elvin Camalov, 5. Georgi Floresku.
Baş məşqçi: Roman Qriqorçuk.
"Panatinaikos": 15. Luk Stil, 4. Giorgos Kutrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 10. Zeka (k), 11. Yens Vemmer, 17. Robin Lod (14. Abdul Ayaqun, 67), 23. Nikos Kaltsas (8. Tassos Laqos, 76), 32. Daniyel Pranyiç, 19. Nikos Karelis (9. Markus Berq, 58), 33. Mladen Petriç.
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 3. Diamantis Kukumis, 12. Nikos Marinaki, 29. Sotiris Ninis.
Baş məşqçi: Yannis Anastasiu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.