19 avqust 2015 21:30

Qriqorçuk: Belə qazonda oynamaq bizə də çətinlik yaradacaq, Panatinaikosa da

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı təşkil edib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- "Apollon"la oyundan sonra heyəti gücləndirəcəyinizi demidşiniz. Amma hələ də heç bir transfer etməmisiniz. Bunun səbəbi nədir?
- Biz bunu planlaşdırırdıq. Çünki ehtiyac var idi. Amma hər şey o qədər asan deyil. Yeni futbolçu almağa çalışsaq da, alınmadı. Üstəlik, Cavid Hüseynov və Ürfan Abbasovun timsalında heyətdə itkilərimiz də var. Ona görə də oyuna komplektləşməmiş heyətlə çıxacağımızı demək olar. Amma ümid edirəm ki, meydana çıxacaq futbolçular qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməkdə bizə kömək edəcəklər.

- "Panatinaikos" əvvəlki rəqiblərinizin hamısından səviyyəcə fərqlənir. Üstəlik, ilk dəfə birinci oyunu evdə keçirməli olacaqsınız. Bu, sizin üçün nəyi dəyişir?
- İlk oyunu evdə keçirməyimiz heç nəyi dəyişmir. Kifayət qədər normal haldır. Bunun hansısa mənfi və ya müsbət cəhəti yoxdur. "Panatinaikos"a gəlincə, güclü klubdur, yüksək səviyyəli oyunçuları var. Onların gücünə yaxşı bələdik. Amma həmişə demişəm ki, uğur qazanmaq üçün hətta bir faiz də şans varsa, bunun üçün sonadək mübarizə aparmaq lazımdır. İndiki halda bir faiz yox, daha çox uğur qazanmaq şansımız var.

- Əvvəlki mətbuat konfranslarında daha nəşəli görünürdünüz. Amma bu gün əksinədir...
- Siz iki mətbuat konfransını buraxmısınız. Mən orada da belə idim (gülür). Əslində hər şey normaldır. Bütün diqqətimiz oyunlardadır.

- Ürfan Abbasovun mövqeyində kim oynayacaq?
- Cavab verə bilmərəm. Start heyətini sabah müəyyənləşdirəcəyəm. Üç cinah müdafiəçisindən - Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Rikardinyodan birini seçəcəyəm.

- Uğur qazansanız, bu dəfə hansı baş geyimindən istifadə edəcəksiniz?
- Hələlik, bunları bir kənara qoyaq. Belə hallar daimi ola bilməz. Bunu Çempionlar Liqasına saxlayaq.

- "Bakcell Arenanın qazonu elə də yaxşı vəziyyətdə deyil...
- Həm "Qəbələ", həm də "Panatinaikos" kombinasiyalı futbola üstünlük verir. Fikrimcə, hər iki komanda üçün belə qazonda oynamaq rahat olmayacaq.

- Afinalıları keçə bilsəz, komandanı daha hansı uğurlar gözləyə bilər?
- İstənilən halda "Qəbələ"ni parlaq və yaxşı gələcək gözləyir. Bu, bir oyundan asılıdeyil. Əsas odur ki, düzgün sistem var və bu, mərhələlərlə irəli getməyimizə şərait yaradır.

- Klub rəhbərliyi sizi komandada saxlamaq üçün əllərindən gələni edəcəklərini deyib...
- Biz "Qəbələ"nin perspektivi barədə söhbət etmişik. Klub daha da inkişaf edəcək. Klub rəhbərliyi bundan sonra da məni komandada görmək istəyirsə, məmnuniyyətlə razılaşacağam. Amma sabah nə olacağını heç kim bilmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.