19 avqust 2015 19:00
Qəbələnin rəqibi 600 min avroluq transfer edir
"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Azerisport.az xəbər verir ki, Afina təmsilçisi İngiltərənin "Nyukasl" klubundan Mehdi Abeydi transfer edir.
Yunanıstan mətbuatının yazdığına görə, tərəflər artıq tam razılığa gəliblər və bu günlərdə müqavilə imzalanacaq. Yunanıstan klubu bu transfer üçün 600 min avrosundan keçməli olub.
