Qarabağın rəqibi almaniyalı mütəxəssisə tapşırıla bilər
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrənin "Yanq Boyz" klubunun hazırda baş məşqçisiz olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Bern təmsilçisində baş məşqçi funksiyasını müvəqqəti olaraq Harald Qamperle həyata keçirir.
Klub rəhbərliyi isə yeni baş məşqçi axtarışlarını davam etdirir. Artıq "Yanq Boyz"un danışıq apardığı məşqçilərdən birinin adı məlumdur. Bu, Almaniyanın "Hannover" klubunun sabiq çalışdırıcısı Mirko Slomkadır. Vaxtilə bu komandada Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Əli Gökdəmiri çalışdırmış mütəxəssis ötən il "Hamburq"un da sükanı arxasında işləyib. Lakin bir ilə yaxındır ki, işsizdir. Almaniya mətbuatı Slomkanın "Yanq Boyz"u çalışdırmaq ehtimalının yüksək olduğunu yazır.
