19 avqust 2015 17:40

Qəbələnin əsas komandasında daha bir debüt

AZAL-la oyun "Qəbələ"nin futbolçusu Roman Hüseynov üçün əlamətdar olub. Azerisport.az "Qəbələ İK" qəzetinə istinadla xəbər verir ki, klubun Futbol Akademiyasının yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi əsas komandada debüt edib. Oyunun 88-ci dəqiqəsində Samir Zərgərovun yerinə meydana daxil olan Roman yarımmüdafiənin sol cinahında yer alıb.

Hüseynov "Qəbələ"nin 10 illik tarixində əsas komandada oynayan futbolçuların sayını 194-ə çatdırıb. Özü də o, ən gənc debütantlardandır. Belə ki, Romanın 18 yaşı bu ilin dekabrın 26-da tamam olacaq. "Qırmızı-qaralar"da rəsmi debüt edən ən gənc futbolçu isə yarımmüdafiəçi Elnur Mustafazadə olub. O, 2011/12 mövsümündə, 2012-ci il aprelin 29-da "Bakı" ilə ev matçında (4:0) ilk oyununa çıxarkən 16 yaş 7 ay 25 günlüyündə olub.

Xatırladaq ki, Hüseynov əsas heyətə ukraynalı baş məşqçi Roman Qriqorçukun komandaya gəlişindən sonra cəlb olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.