19 avqust 2015 17:20

Rekorda doğru

Premyer Liqada 10-cu mövsümünə başlayan “Qəbələ” ötən çempionatdan bu yana davam edən məğlubiyyətsiz oyunlar seriyasını 15 oyuna çatdırıb. Azerisport.az xəbər verir ki, bu o, deməkdir ki, komanda tarixi rekordunu təkrarlamağa çox yaxındır.

2011-ci ildə qeydə alınan həmin rekord 16 matçdan ibarətdir. Deməli, növbəti turda, avqustun 23-də “Kəpəz”lə ev oyununda rekord təkrarlana bilər.

Braziliyalı futbolçu Luis Paulo Hilario və ya sadəcə, Dodo isə “Qəbələ”də keçirdiyi oyunların sayına görə yeni rekordçumuz olub - 114 matç. Oyun sayına görə ikinci sırada sabiq futbolçumuz Viktor Mendi qərarlaşıb - 112 matç. Son çempion “Qarabağ” 1 ilə yaxındır “Qəbələ”yə qalib gələ bilmir. Sonuncu qələbəni 2014-cü il oktyabrın 17-də qazanan (2:0) Ağdam klubu bundan sonra “qırmızı-qaralar”la keçirdiyi 4 oyunda istəyinə çata bilməyib.

“Qəbələ”nin heyətində çempionatdakı debüt matçında fərqlənən Sergey Zenyov həm də komandamızın bu mövsümdə ilk qolunun müəllifi olub. O, Avropa Liqasında “Çukariçki”yə 2:0 hesabı ilə qalib gəldiyimiz matçda dubl etmişdi. Zenyov “Qəbələ”də debüt edən ilk eston futbolçu kimi də tarixə düşüb. Yeri gəlmişkən, ukraynalı hücumçu Aleksey Antonov da çempionatımızda qol hesabını açıb. (Qəbələ İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.