19 avqust 2015 17:00

Məhəmməd Mirzəbəyov: Panatinaikosu da keçməyə çalışacağıq

AZAL-la oyun “Qəbələ”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, yay fasiləsində komandaya cəlb olunan gənc müdafiəçi komandada rəsmi debütünü gercəkləşdirib.

Məhəmməd "Qəbələ"nin yay transferləri arasında debüt edən sonuncu futbolçu oldu. Halbuki, digər yeni futbolçular Avropa Liqasının təsnifat mərhələsi oyunlarında meydana çıxmışdılar:

“Heyəti baş məşqçi müəyyənləşdirir. Ona görə də, öz vaxtımı gözləyirdim. Əsas olan komandamızın uğurlu çıxışıdır ki, bunu Avropa Liqasında göstəririk. Ən vacibi komandamızın bu oyunda qalib gəlməyidir. Nəticə olanda, debüt ikinci plana keçir. Məni sevindirən odur ki, debütüm “Qəbələ”nin çempionatda ilk qələbə qazandığı oyunda baş tutdu. Məncə, ilk oyunum normal alındı. Komandamızın qələbəsi və qapısının toxunulmazlığı üçün çalışdım. Buna nail olduğumuza görə şadam”.

Mirzəbəyov "Qəbələ İK"ya açıqlamasında “Panatinaikos”la oyunöncəsi komandasının şanslarını da dəyərləndirib: “Sözsüz ki, Afina klubu güclü rəqibdir. Avropada tanınmış komandadır, avrokuboklarda çox çıxış edib. Ancaq buna baxmayaraq, qrupa düşmək şansımız var və əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. “Qəbələ”nin heyətində Avropa Liqasında bu matçlarda debüt etmək istərdim. Baş məşqçi şans versə, etimadı doğrutlmaq üçün əlimdən gələni edəcəyəm. İstənilən halda, önəmli olan komandamızın cütün qalibi olmasıdır”.

“Qəbələ”yə gələnədək ölkəmizdə “Sumqayıt”, “İnter”də çıxış etmiş 25 yaşlı müdafiəçi yeni komandasına keçdiyinə görə çox şaddır: “Çox gözəl infrastrukturu olan klubda yer almışam. Burada futbolçu üçün hər bir şərait yaradılıb. “İnter”də və “Qəbələ” də taktika fərqli olduğundan, cinah müdafiəçilərinin üzərinə düşən vəzifələr ayrı-ayrıdır. Mən də buna öyrəşməli oluram. “Qəbələ”nin əvvəlki illərdə də böyük potensialı vardı. Artıq bu, beynəlxaq miqyasda nəticə verir və komanda avrokuboklarda da öz sözünü deyir. Yeni mövsümdə çempionatda, kubokda da uğurlu çıxış edərək, yüksək vəzifələri yerinə yetirməyə çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.