Mirzağa Hüseynpur İnterə qayıtmaq istəyindən danışdı
"İnter"in sabiq hücumçusu Mirzağa Hüseynpur gələcək karyerası ilə bağlı planlarını açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən mövsüm "İnter"də oynayarkən zədə aldım və dörd aylıq sıradan çıxdım. Zədəmi sağaltdıqdan sonra komanda ilə təlim-məşqtoplanışına da getdim, "Xəzər Lənkəran"la oyunda 30 dəqiqə meydanda oldum, qol ötürməsi də verdim. Amma sonradan nə baş verdi, bilmədim. Vəziyyəti belə görüb, "Simurq"a getməyə qərar verdim. Lakin özümü orada göstərə bilmədim. Hazırda yenidən "İnter"ə qayıtmaq istəyirəm. Çox yaxşı kollektiv formalaşdırıblar. Məşqçilər korpusu və prezidenti də yaxşıdır. Zaur Svanadze çox təcrübəli mütəxəssisdir, yaxşı insandır. Klubsuz olsam da, fərdi qaydada məşq edirəm. Hər şeyin yaxşı olacağına ümid edirəm".
