19 avqust 2015 14:40

Arif Əsədov: Neftçidəki vəziyyət cansıxıcıdır, amma baş məşqçidə günah görmürəm

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın İsveçrə "Yanq Boyz"u ilə mübarizədə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını necə qiymətləndirə bilərsiniz?
- Rəqib güclü komandadır. Amma çempionumuzun potensialı yaxşı sonluğa ümid etməyə əsas verir. İsveçrədən yaxşı nəticə ilə qayıtmaq olar. Ağdamlıların təcrübəsi bu baxımdan vacib əhəmiyyət daşıyır.

- "Qarabağ"ın ötən mövsümlə müqayisədə bir qədər zəif təsir bağışladığına dair fikirlərlə razısınız?
- Oyunda geriləmə görünür. İlk növbədə xətlər arasındakı əlaqə əvvəlki kimi deyil. Bunun da öz səbəbləri var. Leroy Corcla Muarem Muaremin gedişi "Qarabağ" üçün ciddi itki idi. Komandaya yeni futbolçular gəlib. Onlarda potensial var. Amma hələ komandaya tam uyğunlaşa bilməyiblər.

- Çempionlar Liqasında keçirdiyi dörd oyunda komandanın cəmi bir qol vurması ciddi siqnaldır?
- Yeni oyun sxeminə nəzər saldıqda görürük ki, hücumun sivri ucunda Raydell Pupon yer alır, Reynaldo isə cinaha çəkilib. Amma bunun hələ lazım olan effekti vermədiyini görürük. Reynaldo hücumda daha yaxşı təsir bağışlayırdı. Onda "Qarabağ"ın hücumları daha kəsərli alınırdı. Sabahkı oyuna gəlincə, ən azı heç-heçə gözləyirəm.

- Bəs Yunanıstan "Panatinaikos"u ilə mübarizə aparacaq "Qəbələ"dən nə gözləyirsiniz?
- "Panatinaikos" daha güclü rəqibdir. Çox güclü azarkeş dəstəyi olan komandadır. "Qəbələ" üçün xüsusilə cavab oyunu çətin keçəcək. "Qarabağ" - "Yanq Boyz" cütündə şansları əllinin əlliyə dəyərləndirmək olar. Amma bu cütdü "Qəbələ"nin mərhələ adlamaq şansı 40, "Panatinaikos"un qrupa düşmək şansı isə 60-dır.

- Sizcə, "Qəbələ" Yunanıstana müsbət nəticə ilə yollana bilər?
- Heç-heçənin "Qəbələ" üçün nə dərəcədə yaxşı nəticə sayılacağını deyə bilmərəm. Amma mənə elə gəlir ki, ilk oyunda məhz heç-heçə qeydə alınacaq. Cavid Hüseynovun yoxluğu komanda üçün mənfi haldır. Bu, onların oyununa da təsir edəcək. Son oyunlar da göstərirdi ki, o, komandanın lideriydi.

- "Qarabağ"la "Qəbələ"nin Avroliqadakı uğurlu çıxışına baxmayaraq, son günlərin əsas müzakirə mövzusuna çevrilən komandası "Neftçi"dir. Keçmiş klubunuzda baş verənlələ bağlı nə deyə bilərsiniz?
- "Neftçi"dəki vəziyyət cansıxıcıdır. Klubun hansı strategiyanı seçməsindən asılı olmayaraq, bu, nəticələrə təsir göstərməməlidir. Çünki bu, "Neftçi"dir. Klubun çoxsaylı azarkeşinin olduğunu nəzərə almaq lazımdır. Mən özüm iki dəfə bu prosesdə yaxından iştirak etmişəm. Məndən də gənclərə şans vermək tələb olunurdu. Amma eyni zamanda nəticə göstərməli idik. Baxmayaraq ki, bu, asan deyil. "Neftçi" istər 30, istərsə də 17 yaşlı futbolçu ilə uğur qazanmağa borcludur.

- Sizə elə gəlmir ki, uğursuz gedişat davam etsə, rəhbərlik bütün günahı baş məşqçi Samir Əliyevin üzərinə atıb, onu istefaya göndərə bilər?
- Qələbəni futbolçular qazanır, uduzanda isə məşqçi günahkar olur. Nəticəyə görə həmişə ilk növbədə baş məşqçi məsuliyyət daşıyır.

- Bəs "Neftçi"nin indiki vəziyyətində Samir Əliyevin nə dərəcədə günahı var?
- "Neftçi"nin baş məşqçisi kimi çalışmaq çox çətindir. Kifayət qədər təcrübən olmalıdır. Əliyevdə belə təcrübə yoxdur. Çətin vəziyyətlərdən çıxmağı bacarmalısan. Çoxlu nüans var. Amma mən Samir Əliyevdə günah görmürəm.

- Onda belə çıxır ki, günah rəhbərlikdədir?
- Düşünmürəm. Rəhbərliyin yerli mütəxəssisə inam göstərməsi artıq müsbət məqamdır.

- "İnter"lə oyundan sonra "Neftçi"nin üç futbolçusunun azarkeşlə dalaşmasına münasibətiniz necədir?
- Mən belə hallarla rastlaşmışam. Azarkeşlər komandadan qələbə gözləyirlər. Oyunçular azarkeşləri uğursuz nəticələr zamanı sakitləşdirməyə çalışmalıdırlar. Orada günahın kimdə olmasından xəbərim yoxdur. Amma istənilən halda belə münaqişələr baş verməməlidir. Azarkeşlər komandanı dəstəkləməli, futbolçular isə yaxşı futbol nümayiş etdirib, nəticə qazanmalıdırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.