19 avqust 2015 13:45
Premyer Liqanın təqvimində dəyişiklik edildi
Topaz Premyer Liqasının 3-cü turunun AZAL – “Qarabağ” oyununun keçirilmə tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, oyun 22 avqust 2015-ci il tarixindən 23 avqust 2015-ci il tarixinə keçirilib.
Buna səbəb “Qarabağ” klubunun 20 avqust 2015-ci il tarixində Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfər oyununda çıxış etməsidir.
Canlı yayımla əlaqədar olaraq, “Zirə” –“İnter” matçı isə 22 avqust 2015-ci il tarixindən 24 avqust 2015-ci il tarixinə keçirilib.
