19 avqust 2015 13:00

Yannis Anastasiu: Qəbələ ilə oyunda narahatlığa heç bir səbəbimiz yoxdur

Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıya səfər ərəfəsində öncə bunları söyləyib:

"Biz Avropa Liqasında üç mərhələ adlamış, pley-offa qədər irəliləmiş komandaya qarşı mübarizə aparacağıq. Bunu anlamaq vacibdir. "Qəbələ"nin çox yaxşı heyəti var. Xüsusilə mərkəz və hücum xəttini qeyd edərdim. Bu komanda özünə xüsusi diqqət tələb edir. Onlar üçün də bu oyun az əhəmiyyət daşımır. "Qəbələ" ilə oyunlara tam ciddi köklənə bilsək, uğur qazanmaq üçün yaxşı şansımız ola bilər".

"Qəbələ"nin təsnifat mərhələsindəki oyunlarına baxanda başa düşdüm ki, kifayət qədər təhlükəli rəqiblə qarşılaşmalı olacağıq. Onlar bizimlə oyunlarda özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Amma bir halda ki, biz növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik, qarşıdakı oyunlara ciddi yanaşmalıyıq ki, hədəfimizə çataq".

Afinalıların çalışdırıcısı Azərbaycanda keçiriləcək oyundakı atmosferdən də danışıb: "Bizim narahatlıq üçün heç bir səbəbimiz yoxdur. Ancaq oyun barədə düşünürük. Heç nəyi müzakirə etməmişik. Lakin Avropa səviyyəli bir oyunda futboldankənar hansısa məqamın olacağını düşünmürəm". (NovaSports)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.