19 avqust 2015 12:40
Xəzər Lənkəran Rəvanla matça doğma meydanda hazırlaşır
Premyer Liqanın 2-ci turunda səfərdə “Sumqayıt”la 1:1 hesablı bərabərliyə imza atan "Xəzər Lənkəran" hazırda Lənkərandadır. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” bir günlük istirahətin ardından Lənkərandakı bazasında məşqlərini bərpa edib.
Komanda 3-cü turun “Rəvan”la görüşünə hazırlığı davam etdirir. Heyətdə Sadio Tounkara istisna olmaqla zədəli futbolçu yoxdur ki, bu da məşqçilər korpusunu sevindirən əsas məqamdır.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Rəvan” matçı avqustun 22-də keçiriləcək və saat 21:00-da start götürəcək.
