19 avqust 2015 11:00
İki azərbaycanlı futbolçu Türkiyə klubunda
İki azərbaycanlı futbolçu - Ramal Hüseynovla Anar Məhərrəmov karyerasını Türkiyə klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, onlar qardaş ölkənin gücünə görə dördüncü liqasında çıxış edən "Arhavinspor"la müqavilə imzalayıblar.
Hər iki futbolçu yeni klubu ilə bir illik müqavilə imzalayıb. Məhərrəmovun sonuncu klubu "İnter" olub.
