19 avqust 2015 00:40

Dani Kintana: Yanq Boyz ilə ilk matçın səfərdə keçirilməsi bizə üstünlük qazandırmır

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın azerisport.az saytına müsahibəsi

- Çətin də olsa, çempionatdakı ilk qələbənizi "Rəvan" üzərində qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?
- Doğrudan da çox çətin matç oldu. Şadam ki, bu mövsüm Premyer Liqada ilk qələbəmizi qazandıq. "Rəvan" da xal qazanmağa çalışırdı. İlk dəqiqələrdən rəqib çox yaxşı oynadı. Amma 15-20 dəqiqədən sonra üstünlüyü ələ aldıq və daha yaxşı oynamağa başladıq.

- Aparıcı oyunçulardan Reynaldo və Riçard Almeydanın olmaması oyununuza necə təsir etdi?
- Bütövlükdə, yaxşı oynadıq. Biz oyuna yaxşı hazırlaşmışdıq. Mövsümə uğurlu başlamaq əsas istəklərimizdən idi. Aparıcı oyunçuların meydana çıxmaması isə baş məşqçinin qərarı idi. Fikrimcə, bu, düzgün qərar idi. Çünki qarşıda bizi vacib oyunlar gözləyir. Belə olan halda aparıcı oyunçular həmin oyunlar öncəsi yaxşı istirahət hüququ qazandılar.

- Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə səfər oyunundan nə gözləyirsiniz?
- Artıq çempionat oyunları geridə qaldı və bütün diqqətimizi "Yanq Boyz"la oyunlara yönəltmişik. Rəqibin oyununu analiz edəcəyik. Məşqçilər korpusu da bizə lazım olan bütün informasiyaları təqdim edəcəklər.

- "Yanq Boyz" barədə nə bilirsiniz?
- Əlbəttə. İnternetdən oyunlarına baxmışam. Amma baş məşqçi bizə daha geniş məlumat çatdıracaq.

- "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilər?
- Buna çalışacağıq. "Yanq Boyz"la oyunlar bizim üçün çox vacibdir.

- İlk oyunun səfərdə keçirilməsini sizin üçün üstünlük saymaq olar?
- Xeyr, mən belə məqamlara diqqət yetirmirəm. Bunda hansısa üstünlük olduğunu düşnmürəm. İstənilən halda biz bu rəqiblə iki oyun keçirəcəyik. Bu görüşlərə maksimum dərəcədə ciddi hazırlaşmalıyıq. Hər iki oyunda uğur qazanmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.