19 avqust 2015 00:15
İnter sabiq hücumçusunu geri qaytara bilər
Azərbaycan yığmasının sabiq hücumçusu Mirzağa Hüseynpur keçmiş komandası "İnter"ə qayıda bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda keçmiş futbolçusu ilə danışıqları davam etdirir.
Artıq tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub. Tezliklə müqavilə imzalana bilər. Hüseynpurun qarşıdakı turlarda keçmiş komandasının heyətində yenidən meydana çıxması gözlənilir.
