19 avqust 2015 00:05

132 minlik Marakananı susduran Neftçili əfsanə!

21 noyabr 1965-ci il tarixində Braziliyanın möhtəşəm “Marakana” stadionuna toplaşmış 132 min azarkeş onilliyin qoluna şahidlik etdi. Məhz bu tarixdə “Marakana”da keçirilmiş Braziliya - SSRİ matçında “Neftçi”nin yetirməsi Anatoli Banişevski başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırdı. Matçın 54-cü dəqiqəsində Pelenin vurduğu qola sevinən azarkeşlər, cəmi 5 dəqiqə sonra sükuta qərq oldu. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik etdi. Braziliyalıların yaddaşında “qızıl baş” ləqəbi ilə qalan əfsanə futbolçu bu günə kimi də “Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdir.

Təbii ki, Braziliyada yaşlı nəslin nümayəndələri həmin matçı və Banişevskinin qolunu yaxşı xatırlayırlar. Gənc nəsil isə tarixə şahidlik etmək üçün “Marakana” muzeyinə üz tuturlar.

“Neftçi” PFK-nın Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov “Marakana” muzeyinin nümayəndələri ilə görüşüblər. Görüş əsnasında Azərbaycan futbol tarixinin ən köklü klubu olan "Neftçi" barədə məlumatlar verilib. Daha sonra komandamızın yetirməsi olan və peşəkar karyerası ərzində yalnız "Neftçi"də oynamış A.Banişevskinin "Marakana"da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçumuz A.Banişevskinin forması muzeyə hədiyyə edilib. Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər “Neftçi”nin əfsanəvi “9” nömrəsinin formasını da görə biləcəklər.

İnanırıq ki, bu gün "Neftçi"nin sıralarında olan gənc və yeniyetmə futbolçular arasından A. Banişevskinin davamçıları çıxacaq və onlar gələcəkdə ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.