18 avqust 2015 19:00
Dani Kintana: Baş məşqçinin bu qərarı düzgün idi
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqasının 2-ci turunda "Rəvan" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütövlükdə, pis oynamadıq. Yaxşı hazırlaşmışdıq ki, mövsümə uğurlu başlayaq. Əsas heyət oyunçularının bəzisinin bu oyunda iştirak etməməsi baş məşqçinin qərarı idi. Fikrimcə, bu, düzgün qərar idi. Çünki bizi qarşıda da vacib oyunlar gözləyir. Belə olan halda aparıcı oyunçular İsveçrə "Yanq Boyz"u ilə görüşlər öncəsi istirahət hüququ qazandılar".
