18 avqust 2015 18:00

Orxan Əliyev: Əminəm ki, baş məşqçi gənclərə sonrakı turlarda da güvənəcək

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Orxan Əliyevin azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la matç barədə nə deyə bilərsiniz?
- "Sumqayıt" da qələbə qazanmaq istəyirdi, biz də. Ona görə oyun maraqlı və gərgin keçdi. "Sumqayıt" bizimlə matça çox yaxşı hazırlaşmışdı. Biz də. Amma ələ düşən imkanlardan lazımınca yararlana bildik. Ona görə də oyun heç-heçə bitdi.

- "Xəzər Lənkəran" iki xal itirdi, ya bir xal qazandı?
- Oyuna görə biz iki xal itirdik. Qələbəyə oynayırdıq. Çünki 3 xal qazanmaq bizim üçün vacib idi. "Sumqayıt"ın necə güclü komanda olduğunu bilirdik. Həmişə sürpriz etməyə qadir olduğunu isbatlayıb. Onlara qarşı oynamaq həmişə çətindir. Çox yaxşı oyunçuları var. Biz meydanda əlimizdən gələni etdik. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. Yararlana bilsəydik, üç xal qazanardıq. Oyunu izləməyə gələnlər arasında "Sumqayıt"ın çoxlu azarkeşi var idi. Düzdür, bizi də dəstəkləyənlər var idi. Amma istənilən halda səfərdə oynayırdıq ki, bu baxımdan da üstünlük rəqibin tərəfində idi.

- Keçmiş komandanıza qarşı oynamaq necə idi?
- Matça yaxşı hazırlaşmışdım və bilirdim ki, keçmiş komanda yoldaşlarıma qarşı mübarizə aparacağam. Peşəkar karyerama məhz "Sumqayıt"da başlamışam. Amma onlarla görüşdə özümü yaxşı tərəfdən göstərməyə, qol vurmağa çalışdım.

- İki turdan sonra 4 xalınız var. Bu, sizi qane edir?
- Əlbəttə, indi 6 xalımızın olması daha yaxşı olardı. Amma 4 xal da pis nəticə deyil.

- Üçüncü turda "Rəvan"ı qəbul edəcəksiniz. Üç xal qazana biləcəksiniz?
- "Rəvan"ın necə komanda olduğunu yaxşı bilirik. Amma evdə oynayacağıq, azarkeş dəstəyi də bizim tərəfimizdə olacaq. Bu, bizim üçün üstünlük sayıla bilər. Qələbəyə oynayacağıq.

- Üçüncü turdan sonra yeni transferləriniz də sifariş olunacaq. Düşünmürsünüz ki, onların gəlişindən sonra əksər oyunçular ehtiyatda qalmalı olacaq?
- Düzdür, ilk üç turda yeni transferlərimiz bizə kömək edə bilmir. Əminəm ki, baş məşqçi növbəti oyunlarda da gənclərə güvənəcək. İstənilən halda meydana ən yaxşı olanlar çıxacaq.

- Sizi yığma komandada nə vaxt görəcəyik?
- Vaxtı gələndə görəcəksiniz. Çox şey məndən asılıdır. Özümük klubumda yaxşı tərəfdən göstərməliyəm ki, yığmanın məşqçiləri mənə dəvət göndərsinlər. Yığmamıza dəvət almaq üçün əlimdən gələni edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.