18 avqust 2015 17:30

Neftçi PFK: Futbolçularımız yalnız özlərini müdafiə etməyə çalışıblar

"Neftçi" PFK klub saytı vasitəsilə rəsmi bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir.

"Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş “İnter” PİK – “Neftçi” PFK matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” PFK üçün çox vacibdir. Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkmişdir. Futbolçulara qarşı nalayiq ifadələr işlətmiş bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməmişdir. Belə olan halda, “Neftçi” PFK-nın futbolçuları yalnız özlərini müdafiə etməyə çalışmışlar. Həmin şəxs “İnter” PİK-in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə etmiş və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.

“Neftçi” PFK olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq.

“Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidir. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdir. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.