18 avqust 2015 17:00

Samir Əliyev: Biz gələcəyi düşünərək bu gün riskə gedirik

“Neftçi”nin baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:

“Neftçi” əsası gənc futbolçulardan qurulmuş komandadır. Bildiyiniz kimi, əsas heyətdə meydana çıxan futbolçuların əksəriyyətinin təcrübəsi azdır. Amma təcrübə də birdən-birə qazanılmır. Futbolçu özü səhv etdikcə oyundan oyuna inkişaf etməlidir. Bunun üçün zamana ehtiyac var. Biz gələcəyin komandasını qurmağa çalışırıq. Düzdür, “Neftçi” elə bir komandadır ki, burada hər zaman nəticə də göstərməlisən. Gənc futbolçulara şans verməyin riskli olduğunu öncədən də bilirdik. Bununla belə, biz gələcəyi düşünərək bu gün riskə gedirik. “İnter”lə oyunda da gənc futbolçumuzun təcrübəsizliyindən azlıqda qaldıq. Amma biz komandamıza, futbolçularımıza güvənirik. Mən özüm də məşqçi kimi gəncəm və daim öyrənməyə, inkişaf etməyə çalışıram. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edirik. Azarkeşlər də hər zaman komandada yerli futbolçuların çox olmasını istəyirlər. Elə bizim də məqsədimiz odur. Çalışırıq ki, təcrübəli legionerlərin əhatəsində onların özünə inamı daha da artsın. Doğru yolda olduğumuzu zaman sübut edəcək. Sadəcə, bir az səbrli olmaq lazımdır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.