18 avqust 2015 16:45

Araz Abdullayev: Neftçi azarkeşinin həbs olunması mənə çox pis təsir etdi

"Neftçi"nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra komandanın azarkeşi Nurlan Əzizlə olan münaqişədən, eləcə də onun 5 sutkalıq həbsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Düzünü deyim ki, azarkeşimizin həbs olunması mənə çox pis təsir etdi. O, bizim azarkeşimizdir. Stadiona da bizə görə gəlir. Bizim qələbəmizi görmək istəyir. Biz də onlar kimi qələbə qazanmağı çox istəyirik. Amma komandamızın müdafiəçisi oyunun əvvəlində meydandan uzaqlaşdırıldı. Bu, bizim planlarımızı korladı və müsbət nəticə qazanmaq vəzifəsinin öhdəsindən gəlməyimizi daha da çətinləşdirdi. Buna baxmayaraq, biz əlimizdən gələni etdik. Sadəcə, alınmadı".

Yarımmüdafiəçi oyundan sonra baş verənlərə belə aydınlıq gətirdi: "Azarkeşlərimizi başa düşürəm. Onlar udsaq da, uduzsaq da, bir yerdə olmağımızı istəyirlər. Mən uduzmağı sevmirəm. Nə vaxt uduzsaq, azarkeşlərimizin ürəyincə olmayan nəticə qazansaq, onların qarşısına çıxmağa utanıram. Bu oyundan da sonra uduzmağımıza baxmayaraq, onlara yaxınlaşıb, bizi dəstəklədiklərinə görə təşəkkürümüzü bildirdik.

Həmin azarkeşlə də mənim aramda xüsusi heç nə baş vermədi. O, sadəcə, bizim qələbə qazanmağımızı istəyirdi. Azarkeşlərimizə hörmətim var. Çalışacağıq ki, qarşıdakı turlarda onları qələbə ilə sevindirək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.