18 avqust 2015 16:00
Rauf Əliyev derbidən sonra baş verən qalmaqaldan danışdı
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra qonaq komandanın futbolçuları ilə bir azarkeş arasında yaşanan qalmaqaldan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan sonra müsahibə verməyə hazırlaşırdım. Həmin vaxt yanımdan "Neftçi"nin fanatlarından biri keçdi. O, az qala öz klubunun futbolçuları ilə dalaşacaqdı. Yanımdan keçəndə mənim də ünvanıma bir neçə söz dedi. Amma ona cavab verməyə imkan tapmadım. Dönüb baxanda artıq polislərin onu tutduğunu gördüm".
