Tahir Süleymanov: İlk iki turda belə ciddi hakim səhvləri varsa, bundan sonrası necə olacaq?
Keçmiş FİFA referisi Tahir Süleymanov Topaz Premyer Liqasının ilk iki turundakı hakimlikdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən iki tur ərzində "Qarabağ" və "Qəbələ" öz səviyyəsinə görə digər klublardan fərqlənir. Üçüncü turdan sonra "Xəzər Lənkəran" da yeni transferlrəini sifariş edə biləcək. Ondan sonra bu komanda da yüksək yerlər uğrunda mübarizə aparmaq şansı əldə edəcək. "Kəpəz" kifayət qədər yeni komanda olsa da, yaxşı kollektiv formalaşdırmağa çalışır. Qalan klubların hamısı eyni səviyyədədir. Premyer Liqada rəqabət zəifləyib. Bütövlükdə, səviyyə aşağı düşüb. Hakimliyə gəlincə, xoşagəlməz siqnallar var. İlk turda "Qəbələ" - "Qarabağ", ikinci turda "Sumqayıt" - "Xəzər Lənkəran" oyunlarını misal göstərmək olar. Bu oyunlarda ciddi hakim səhvləri var idi. Hakimlər öz işlərinə böyük məsuliyyətlə yanaşmalıdırlar. İlk turlardan belə ciddi səhvlər görürüksə, bundan sonra necə olacaq?"
