18 avqust 2015 15:30

Yanq Boyz Qarabağı təqdim etdi, Ağdamın işğalından yazdı

Avqustun 20-də Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, Berndə keçiriləcək bu oyun öncəsi İsveçrə klubu Ağdam təmsilçisi barədə azarkeşlərinə maraqlı məlumatlar çatdırıb.

Belə ki, "Qarabağ"ın tarixinə toxunan isveçrəlilər bunları qeyd ediblər: "Qarabağ" son illər Avropa Liqasında müsbət mənada fərqlənməyi bacarıb və iki dəfə Azərbaycan çempionatının qalibi olub. Bu klub 2009-cu ildən etibarən daimi olaraq avrokuboklara qatılır. Ötən mövsüm isə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər, Milan "İnter"i və Ukrayna "Dnepr"indən sonra üçüncü yeri tutublar. "Qarabağ" turniri acınacaqlı vəziyyətdə tərk edib. Çünki "İnter"in qapısına vurduqları təmiz qol sayılmayıb. Nəticədə, "Qarabağ" qrupda qaldığı halda, növbəti mərhələyə ikinci yeri tutan "Dnepr" yüksəlib. Hansı ki, bu klub finalın turnirinə kimi irəliləməyə nail oldu. Bütövlükdə, "Qarabağ"ın həmin mövsümdəki çıxışını müsbət adlandırmaq olar.

"Qarabağ" ötən mövsüm Emeqaranı transfer edib. Hansı ki, o, İsveçrədə də oynamışdı. Emeqara bu klubda 5 qola imza atıb.

"Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubunu keçə bilməyib (0:0, 0:1).

"Qarabağ" futbol klubu Ağdamı təmsil edir. Amma 1993-cü ildən Bakıda məskunlaşıb. Ağdam şəhəri ermənilər tərəfindən işğal olunub. Ağdam bu gün ruhlar şəhəridir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.